q
  • Bakı 13° C

    8.22 m/s

  • USD - 1.7

    EUR - 1.9855

    RUB - 2.2439

Pentaqondan 1,5 trilyon dollarlıq plan

DÜNYA

27 Aprel 2026 | 00:40

Pentaqondan 1,5 trilyon dollarlıq plan

ABŞ Müharibə Nazirliyi növbəti il üçün hərbi gücün genişləndirilməsini nəzərdə tutan iri büdcə planı hazırlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yayılan büdcə sənədlərində qeyd olunur.

Sənədə əsasən, Pentaqon ümumilikdə şəxsi heyətin sayını 44 min 500 nəfər artırmağı planlaşdırır. Bunun 40 min 100 nəfəri müntəzəm qoşunların, 4 min 400 nəfəri isə ehtiyat qüvvələrin payına düşəcək.

Təklif edilən 1,5 trilyon dollarlıq büdcə yalnız canlı qüvvənin artırılması ilə məhdudlaşmır. Plan silahların alınması, yeni texnologiyaların hazırlanması, elmi-tədqiqat işlərinin genişləndirilməsi, həmçinin hərbi bazaların və kazarmaların modernləşdirilməsini də əhatə edir.

Məlumata görə, əlavə qüvvə cəlbi qərarı 2024-cü ildə çağırışçı sayında müşahidə olunan artımdan sonra gündəmə gəlib. Bu artım hazırlıq proqramlarına qoyulan investisiyalar və özəl sektor yanaşmalarının tətbiqi ilə əlaqələndirilir.

Qeyd olunur ki, 2023-cü ildə ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Hərbi Dəniz Qüvvələri və ABŞ Quru Qoşunları illik çağırış planlarını yerinə yetirə bilməmişdi./Musavat.com


SON XƏBƏRLƏR

26 Aprel 2026