• Bakı 11° C

    2.58 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bu rəssamın əsərləri dövlət mülkünə çevrildi

DÜNYA

28 Mart 2026 | 09:17

Bu rəssamın əsərləri dövlət mülkünə çevrildi

İspaniya məhkəməsi məşhur rəssam Fransisko Qoyanın çəkdiyi iki kral portretinin dövlətə məxsus olduğunu qərara alıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmə "Altadis" şirkətinin kassasiya şikayətini rədd edib və bununla tərəflər arasında mübahisəyə son qoyub.

Məhkəmə müəyyən edib ki, əsərlər əvvəlcə kral mülkiyyətinə aid olub, daha sonra isə dövlətin mülkiyyətinə keçib. Qeyd olunub ki, tabloların daha əvvəl müəyyən şirkətlərə verilməsi yalnız istifadə məqsədi daşıyıb və mülkiyyət hüququnun itirilməsi demək olmayıb.

Bildirilir ki, daha əvvəl aşağı instansiya məhkəmələri də "Altadis"in iddialarını rədd etmişdi.

Söhbət 1789-cu ildə çəkilmiş İspaniya kralı IV Karl və kraliça Mariya Luizanın portretlərindən gedir.


SON XƏBƏRLƏR

27 Mart 2026