2024-cü ildə Ermənistana turist axını 4,7 faiz azalıb.
Bakıvaxtı.az "Armenpress"ə istinadən xəbər verir ki, bu, Ermənistan Milli Statistika Komitəsinin məlumatında yer alıb.
Məlumata görə, ötən il ölkəyə 2023-cü illə müqayisədə 108 min az turist gedib.
Ötən ilin 12 ayı ərzində Ermənistan 2,2 milyondan çox turist qəbul edib ki, bunun da 937 mindən çoxu və ya 42,5 faizi xarici turistlərdir. Ermənistana gələn turistlərin sayına görə ikinci və üçüncü yerlərdə Gürcüstan və İran qərarlaşıb. Çindən isə təxminən 32 min turist gedib.
2024-cü ildə Ermənistana turistlər ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Hollandiya, Polşa, Ukrayna, Belarus, Qazaxıstan, Hindistan, Türkiyə, Filippin və digər ölkələrdən gedib.
Gülşən Şərif