Slovakiya Baş naziri Robert Fitso yanvarın 9-da Avropa Komissiyasının (AK) nümayəndələri ilə görüşdə Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsini müzakirə edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” Slovakiya hökumətinə istinadla məlumat yayıb.
Məlumata görə, görüş Brüsseldə keçiriləcək.
Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli yanvarın 1-dən dayandırılıb.