• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

ARDNF ötən il “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb

İQTİSADİYYAT

08 Yanvar 2025 | 13:46

ARDNF ötən il “Şahdəniz” yatağının işlənməsindən gəlirlərini açıqlayıb

Ötən il Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 442,085 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 2,96 dəfə azalma deməkdir.

ARDNF-dən Bakıvaxtı.az-a verilən məlumata görə, Fondun Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.01.2025 tarixinə) 132,482 mln. ABŞ dolları olub, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,45 dəfə azalma deməkdir.

    Xatırladaq ki,2023-cü ildə ARDNF-ın “Şahdəniz”dən əldə etdiyi gəlirləri 1 308 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 9,4% azdır. Fondun "Şahdəniz" yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2023-01.01.2024 tarixinə) 324,396 mln. ABŞ dolları olub, bu da isə 1,3% azalma deməkdir.


    SON XƏBƏRLƏR

    08 Yanvar 2025