Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşı olduğunu deyən M.Qrono vurğulayıb ki, Aİ Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.
O, Azərbaycanın region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.