• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Uzun ətək, uzun əlcək, uzun çəkmə... - “Yaşıl İlan”ın DƏBİ

CƏMİYYƏT

08 Yanvar 2025 | 14:23

Uzun ətək, uzun əlcək, uzun çəkmə... - “Yaşıl İlan”ın DƏBİ

Əjdaha ilinin ilk günlərini yaşayırıq. 2024-cü ili dəbi, rəngləri ilə yola saldıq.

Bəs 2025-ci ilin dəbi nə olacaq? Hansı tonda geyimlərə üstünlük veriləcək?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən modelyer Leyla Əhmədova bildirib ki, 2025-ci ildə - "İlan" ilində yaşıl rəng və onun bütün çalarları dəbdə olacaq:

"Yaşıl və onun tonlarından başqa qızılı, narıncı və solğun qırmızı tonlar da 2025-ci ildə dəbdə olan rənglərdən olacaq".

Müsahibimiz bildirib ki, qısa və uzun ətəklər bu il dəbdə olacaq geyimlər sırasındadır:

"Həm çox uzun, həm də çox qısa ətəklər 2025-ci ildə də dəbdə olacaq. Bununla yanaşı, çiyinləri enli geyimlər də dəbdə olacaq. İlan ilini simvolizə edən ilan dərisi görünümlü geyimlər də 2025-ci ilin dəbi arasındadır".

Leyla Əhmədova, modelyer

L.Əhmədova qeyd edib ki, bu il qızılı rəngdə olan iri aksessualara daha çox üstünlük veriləcək:

"Uzun əlcəklər, uzun çəkmələr, rəngli yaylıqlar, qaşlı aksessualar da həmçinin dəbdə olacaq".

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

08 Yanvar 2025