Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi Dədəş Ataşov vəzifəsindən azad edilib.
Bakıvaxtı.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə daxili xidmət polkovniki Ataşov Dədəş Əlbağış oğlu işdən çıxarıb.
Onun yerinə Talıbzadə Füzuli Yusif oğlu təyin olunub.
Qeyd edək ki, Dədəş Ataşov 2008-ci ildən İmişli Rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.