• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu

SİYASƏT

07 Fevral 2025 | 10:34

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyunlarında dörd qolun vurulması ilə mümkün olub.

“Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçında isə hesab açılmayıb.

2004/2005 mövsümündə də 1/4 finalın ilk matçlarında eyni sayda qol vurulub.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” qarşılaşmaları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/2005 və 2024/2025 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk oyunlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.


SON XƏBƏRLƏR

11 Mart 2025