• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Köçəryan Paşinyanın debat təklifini rədd etdi

DÜNYA

07 Yanvar 2025 | 23:00 | Müəllif: Subhan Mahmudov

Köçəryan Paşinyanın debat təklifini rədd etdi

Ermənistanın sabiq rəhbəri Robert Köçəryan Baş nazir Nikol Paşinyanla debatlarda iştirakdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistam mətbuatı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri bildirib ki, 1994-cü ildə Bişkek atəşkəs protokolu imzalanandan bəri Qarabağ nizamlanması üzrə danışıqlar yalnız Qarabağın Azərbaycana qaytarılması ilə bağlı aparılıb və bu, Ermənistanın keçmiş liderlərinin tənqidinə səbəb olub.

Buna cavab olaraq Paşinyan eks-prezidentləri "nümayəndələrinin arxasında gizlənməkdə" ittiham edərək onları birbaşa debata çağırıb. Lakin Köçəryan və Sarkisyan Ermənistanın baş nazirinin təklifini rədd ediblər.

Bu arada Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan tərəfindən Paşinyanın özü açıq şəkildə debata çağırılıb, lakin baş nazir buna maraq göstərməyib. (Bizim.Media)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026