• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkə rusların vətəndaşlıq almasını çətinləşdirir

DÜNYA

06 Fevral 2025 | 19:35 | Müəllif: Subhan Mahmudov

Bu ölkə rusların vətəndaşlıq almasını çətinləşdirir

Çexiya prezidenti Petr Pavel ölkə qanunvericiliyinə bir sıra dəyişiklikləri tsədqiləyib.

Bakıvaxtı.az xəbər verir ki, dəyişikliklər arasında rusların Çexiya vətəndaşlığını almasını çətinləşdirən qərar da var.

Dəyişikliklər ölkə vətəndaşlığının ruslara yalnız təsdiq edilmiş Rusiya vətəndaşlığından imtina etdikdən sonra verilməsini nəzərdə tutur.

"Yeni qaydalara uyğun olaraq, Rusiyadan olan müraciət edənlər yalnız Rusiya vətəndaşlığından imtina etdiklərinə dair sübut təqdim etdikdən sonra Çexiya vətəndaşlığını ala biləcəklər", - məlumatda deyilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026