• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Berlində yaşayış binasında yanğın: yaralananlar var

DÜNYA

08 Mart 2025 | 18:28 | Müəllif: Subhan Mahmudov

Berlində yaşayış binasında yanğın: yaralananlar var

Almaniyanın paytaxtı Berlində çoxmənzilli binada yanğın baş verib, nəticədə 16 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Berlin Yanğınsöndürmə Xidməti məlumat yayıb.

“[Berlinin Kroytsberq rayonunda] beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində mənzil yanıb. Ümumilikdə 15 nəfər yüngül, 1 nəfər isə ağır xəsarət alıb", – qurumun rəsmi saytında bildirilib.

Hadisə yerinə təxminən 70 yanğınsöndürən cəlb edilib, onlar alovu söndürərək sakinlərin təxliyəsinə kömək ediblər. Yaralılardan dördü xəstəxanaya yerləşdirilib. Yanğının səbəbi hələ müəyyən edilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026