Myanmada baş verən zəlzələdə ölənlərin sayı 3 600-ə çatıb, 5 mindən çox insan yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası Myanma hökümətinə istinadən məlumat yayıb.
“Myanmada martın 28-də baş verən güclü zəlzələ nəticəsində ölkədə 3 600 nəfər həlak olub, 5 017 nəfər yaralanıb, daha 160 nəfər itkin düşmüş hesab olunur", - telekanal bildirib.
Xatırladaq ki, martın 28-də Myanmada 7,7 maqntudalı güclü zəlzələ baş verib. Bunun ardınca 6,4 bal gücündə ikinci yeraltı təkan qeydə alınıb. Yeraltı təkanlar 5 ölkədə - Tailand, Banqladeş, Hindistan, Laos və Çində də hiss olunub.