Papa Fransiskusun vəfatından sonra Vatikanda matəm prosesi başa çatıb və bu gün 1,4 milyard katolik üçün yeni liderin seçilməsi istiqamətində həlledici mərhələ başlayır.
Bakıvaxtı.az xəbər verir ki, “konklav” adlanan papa seçimi öncəsi Vatikanın ən müqəddəs məkanlarından biri olan Aziz Petrus Bazilikasında xüsusi ayin keçirilib. Dünyanın gözü 267-ci Papanı seçəcək 135 kardinalın üzərindədir.
Sistine Şapelinin bacasından çıxacaq duman isə seçimin nəticəsini göstərəcək: qara duman - papanın hələ seçilmədiyini, ağ duman isə yeni papanın müəyyən edildiyini bildirəcək.
Əgər bu gün nəticə əldə olunmazsa, kardinalar sabah da səsverməyə davam edəcəklər. Onlar seçimin sonuna qədər Vatikandakı qonaq evində, xarici dünya ilə əlaqəsi kəsilmiş şəkildə qalacaqlar.
Nuriyyə Musayeva