Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsünün irəli sürülməsi planlaşdırılmır.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Biz növbədənkənar parlament seçkiləri keçirmək niyyətində deyilik. Hökumət planlı rejimdə işləyir", - o, jurnalistlərlə söhbətində qeyd edib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına planlaşdırılıb.