ABŞ Prezidenti Donald Tramp tətbiq edilən tariflərlə bağlı “Truth” sosial media platformasında açıqlamalar verib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da neft və ərzaq qiymətləri, faiz dərəcələri və inflyasiyanın aşağı düşdüyünü müdafiə edən Tramp, tətbiq etdiyi gömrük tarifləri sayəsində ölkəsinin həftədə milyardlarla dollar gəlir əldə etdiyini iddia edib.
İqtisadiyyatı “çökməkdə” olan Çinin ABŞ-yə əlavə 34 faiz tarif tətbiq etməsinə baxmayaraq, Tramp bu gəliri əldə etdiklərini bildirib.
Qeyd edək ki, Tramp aprelin 2-də ABŞ-yə idxal edilən bütün məhsullara əlavə rüsumlar tətbiq edən sərəncam imzalayıb.
Əli Hüseynov