• Bakı 14° C

    7.76 m/s

  • USD - 1.7

    EUR - 1.8519

    RUB - 1.9517

Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır

DÜNYA

08 Mart 2025 | 17:32

Mark Rutte: Avropa müdafiə istehsalını artırmalıdır

"Avropanın təhlükəsizliyini təmin etmək üçün Avropa ölkələrinin müdafiə büdcələrini artırmaq və hərbi texnika istehsalını genişləndirmək lazımdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.

"Təhlükəsizliyimizi təmin etmək üçün daha çox xərcləməli olacağıq. Lakin biz həm də Atlantikanın hər iki tərəfində müdafiə istehsalımızı sürətlə artırmalıyıq ", - o vurğulayıb.

Şimali Atlantika Müqaviləsi Təşkilatına Avropanın böyük hissəsi, eləcə də ABŞ və Kanada daxildir. M.Ruttenin sözlərinə görə, döyüş sursatı, gəmilər, tanklar, təyyarələr, həmçinin pilotsuz uçuş aparatları lazımdır.

Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın Kiyevə hərbi yardımı dayandırmaq qərarı şəraitində müdafiə xərclərini artırmağa və Ukraynaya dəstəyi qoruyub saxlamağa çalışırlar.


SON XƏBƏRLƏR

13 Mart 2025