• Bakı 16° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Rusiya: Ukraynada atəşkəslə bağlı məsələləri həll etmək lazımdır

DÜNYA

07 Aprel 2025 | 15:48

Rusiya: Ukraynada atəşkəslə bağlı məsələləri həll etmək lazımdır

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin aktual mövzularla bağlı suallarını cavablandırıb.

Bakıvaxtı.az bu barədə TASS-a istinadən xəbər verir.

Ukraynanın Rusiyanın Kriviy Riq şəhərində mülki infrastruktura zərbə endirməsi ilə bağlı ittihamına reaksiya verən Peskov qeyd edib: 

 "Biz sosial infrastruktur obyektlərinə hücum etmirik".

Kremlin sözçüsü həmçinin ABŞ prezidenti Donald Trampın “Ukraynaya hücumlar dayandırılmalıdır” bəyanatına toxunub.

"Rusiya prezidenti Vladimir Putin atəşkəs ideyasını dəstəkləyir, lakin buna nail olmaq üçün bəzi suallara cavab vermək lazımdır. Bu suallar havadadır və hələ ki, heç kim onlara cavab verməyib. Bunlar Kiyev administrasiyasının nəzarətdən kənarda olması, dinləmək istəməyən bəzi ekstremist və millətçi qrupları idarə edə bilməməsi ilə bağlıdır. Bütün bunlar hələ də Kiyevin gələcək planları ilə bağlıdır. Atəşkəsə nail olmaq üçün biz öz maraqlarımızı təmin etməliyik və sadaladığım məsələləri həll etməliyik”,- D.Peskov fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR