• Bakı 15° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Modi hökumətin təcili iclasını çağırdı

DÜNYA

07 May 2025 | 13:05

Modi hökumətin təcili iclasını çağırdı

Hindistanın Baş naziri Narendra Modi Nyu-Delhidə hökumət üzvlərinin iştirakı ilə təcili iclas keçirir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistan hökumətinin dəftərxanası məlumat yayıb.

İclasda daxili işlər naziri Amit Şah, müdafiə naziri Racnat Sinqh və Modinin milli təhlükəsizlik üzrə müşaviri Acit Doval iştirak edirlər.

N.Modi qonşu Pakistana hava zərbələrinin endirilməsindən bəri heç bir açıqlama verməyib. Bundan başqa, o, xarici səfərlərini ləğv edib.

Elə həmin saatlarda Pakistanın Baş naziri Şahbaz Şərif Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını keçirir.

Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna bir sıra zərbələr endirib. Hücum nəticəsində ən azı 26 nəfər həlak olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026