• Bakı 16° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Özbəkistan prezidenti Moskvada Qələbə Paradında iştirak edəcək

DÜNYA

07 Aprel 2025 | 16:15

Özbəkistan prezidenti Moskvada Qələbə Paradında iştirak edəcək

Özbəkistan prezidenti Şavkat Mirziyoyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Şerzod Əsədov açıqlama verib.

O, açıqlamasında ölkə rəhbərinin bayram tədbirində iştirak etmək niyyətində olduğunu vurğulayıb:

"Özbəkistan prezidenti Şavkat Mirziyoyev mayın 9-da Moskvada keçiriləcək İkinci Dünya Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı yubiley tədbirlərində iştirak edəcək".

Qeyd edək ki, Dövlət Dumasının deputatı general Andrey Qurulevin sözlərinə görə, Moskvada Qızıl Meydanda Qələbənin 80 illiyi şərəfinə keçirilən paradda iştirak hansı dövlətlərin Rusiyanı dəstəklədiyini, hansının isə ona qarşı olduğunu göstərəcək. 

Gülşən Şərif


SON XƏBƏRLƏR