• Bakı 16° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Moskva Bakı ilə “Rus Evi”nə dair kompromis axtarır - AÇIQLAMA

DÜNYA

07 Aprel 2025 | 16:06

Moskva Bakı ilə “Rus Evi”nə dair kompromis axtarır - AÇIQLAMA

Moskva və Bakı Azərbaycandakı “Rus Evi” ilə bağlı kompromis axtarır. Rusiya tətəfi danışıqların konstruktiv olacağına və “Rus Evi”inin işinin bərpa olunacağına inanırr.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bunu “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov bildirib.

"Biz Azərbaycan tərəfi ilə kompromis axtarmağa davam edirik. Həm Azərbaycan tərəfi, həm də biz konstruktiv və kifayət qədər nikbinik ki, hələ də kompromis tapacağıq və tammiqyaslı iş bərpa olunacaq", - Primakov "Rossiya Seqodnya" media qrupunun mətbuat mərkəzində deyib.

O əlavə edib ki, Rusiya və Azərbaycan əvvəllər “Rus Evi”nin “hüquqi şəxs və ya QHT kimi” qeydiyyat formatını müzakirə ediblər:

"Bakıdakı “Rus Evi” uzun illərdir ki, respublika hökuməti qarşısında bütün zəruri öhdəlikləri, o cümlədən hüquqi öhdəlikləri yerinə yetirərək uğurla fəaliyyət göstərir. Buna baxmayaraq, informasiya və mədəniyyət mərkəzlərinin fəaliyyəti haqqında 1997-ci il tarixli hökumətlərarası sazişdə açıq şəkildə qeyd olunub ki, bu mərkəz Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir", - Primakov deyib.

“Rossotrudniçestvo”nun rəhbəri bundan əvvəl bəyan etmişdi ki, Bakıda “Rus Evi”nin icarəyə götürdüyü binanın sahibi həmin binaları satır və “Rus Evi”nə ay yarım ərzində köçməyi təklif edir. O, həmçinin bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya nota göndərərək, Bakıda “Rus Evi”nin fəaliyyətini düzgün qeydiyyata almadığına görə dayandırmağa çağırıb.


SON XƏBƏRLƏR