• Bakı C

    15.7 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Fransa ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verdi - FOTO

DÜNYA

06 Fevral 2025 | 18:55

Fransa ilk Mirage 2000 qırıcılarını Ukraynaya təhvil verdi - FOTO

Fransa ötən il tədarükünü elan etdiyi ilk "Mirage 2000" qırıcılarını Ukraynaya təhvil verib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornyu "X" hesabında paylaşım edib.

Lekornyu qeyd edib ki, 2024-cü il iyunun 6-da Emmanuel Makron Fransanın "Mirage 2000" təyyarələrinin Ukraynaya tədarükü barədə elan etmişdi.

"Bu təyyarələrdən birinciləri bu gün (6 fevral - red) Ukraynaya çatıb. Bu təyyarələrin göyərtəsində uzun aylar Fransada təlim keçən ukraynalı pilotlar var və indi onlar Ukrayna səmasının müdafiəsinə qoşulacaqlar", - deyə nazir qeyd edib.

O, Ukraynaya neçə təyyarənin gəldiyi barədə dəqiq məlumat verməyib.

Daha əvvəl Sebastyen Lekornu bildirmişdi ki, Ukraynaya qırıcıların çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır.


SON XƏBƏRLƏR