• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Evi tərk edən yeniyetmə Rusiya sərhədini keçdi

DÜNYA

06 Fevral 2025 | 21:50

Evi tərk edən yeniyetmə Rusiya sərhədini keçdi

Finlandiyada evi tərk edən yeniyetmə qanunsuz şəkildə Rusiya sərhədini keçib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yle” radiostansiyası məlumat yayıb.

Yeniyetmənin hələ də Rusiyada olduğu bildirilib.

Sərhəd pozuntusu yanvarın 31-də Cənub-Şərqi Finlandiya Sərhəd Mühafizəsi tərəfindən qeydə alınıb.

Məlumata görə, gənc oğlan İmatranın Karhusuo bölgəsində sərhədi keçib. Tək səyahət edən yeniyetmə tezliklə Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.

İndi onu cərimə, hətta həbs gözləyir.

“Biz onun valideynləri ilə əlaqə saxladıq və vəziyyəti onlarla həll etməyə çalışdıq. Onlar çox narahatdırlar”, - deyə, sərhəd mühafizəsinin leytenantı Matti Rantanen bildirib./axar.az


SON XƏBƏRLƏR

06 Fevral 2025