• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İranın yeni paytaxtının hara olacağı AÇIQLANDI

DÜNYA

07 Yanvar 2025 | 20:21 | Müəllif: Subhan Mahmudov

İranın yeni paytaxtının hara olacağı AÇIQLANDI

İranın yeni paytaxtının hara olacağı açıqlanıb.

Bakıvaxtı.az-ın “Azad İran" Teleqram kanalına istinadən məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərlə birgə brifinqdə elan edib.

Onun sözlərinə görə, ölkənin yeni paytaxtı ilə bağlı araşdırmaların aparılması məqsədilə iki şura yaradılıb - bu şuralardan biri paytaxtın problemlərini araşdıracaq, digəri isə dəniz iqtisadiyyatı üzərində işləyəcək.

"Məkran bölgəsində infrastruktura ehtiyac var, istər mühəndislik, istər sosiologiya, istərsə də iqtisadiyyat olsun, bütün ziyalıların, eləcə də ekspertlərin köməyi lazımdır. Amma dediyim kimi, yeni paytaxt mütləq cənubda, Məkran bölgəsində olacaq", - deyə hökumət sözçüsü qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026