• Bakı 28° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Rəşad Atakişiyevin xatirəsi yad edilib

CƏMİYYƏT

07 Yanvar 2025 | 16:37

Rəşad Atakişiyevin xatirəsi yad edilib

İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.

Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər zaman Azərbaycan xalqının yaddaşında yaşayacaq, fəxrlə anılacaq. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Rəşad Atakişiyevin xatirəsi yad edilibRəşad Atakişiyevin xatirəsi yad edilibRəşad Atakişiyevin xatirəsi yad edilib
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026