“Repetitorluğun müsbət və mənfi tərəfləri var”.
Bakıvaxtı.az xəbər verir ki, bunu media üçün təşkil edilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, valideynlər uşaqlarını repititor yanına qoyanda bir neçə səbəbdən edirlər:
“Onlar düşünür ki, məktəb pis vəziyyətdədir və bu addımın atılması vacibdir. Bundan başqa, belə bir fikir formalaşıb ki, məktəbdə 17 fənn, repetitor yanında isə lazım olan fənlər keçilir. Digər səbəb isə valideynlərin işdə olmasıdır. Adətən, uşaqların ev tapşırıqlarında kömək məqsədilə belə addım atılır”.
Nazir qeyd edib ki, bu kimi səbəblər spesifikdir:
“Nazirlik olaraq buna münasibətimizi belə izah edə bilərəm. Sizə sual verirəm: Əgər bir müəllim məktəbdə pisdirsə, repetitor olanda yaxşı olur? Bu düşüncə bir qədər absurddur. Müəllim müəllimdir. Məktəbdə də eyni insandır, repetitorluq fəaliyyətində də”.
E.Əmrullayev nəzərə çatdırıb ki, ali təhsil sadəcə təhsilin bir mərhələsidir və bu, genişləndirilməlidir.
Mina Mikayılova