• Bakı 10° C

    16.22 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Yuxu pozğunluğunun sağlamlığa ciddi TƏSİRLƏRİ

CƏMİYYƏT

08 Mart 2025 | 11:04

Yuxu pozğunluğunun sağlamlığa ciddi TƏSİRLƏRİ

Yuxu pozğunluqları qan şəkərinə və metabolizmə mənfi təsir göstərir.

Bakıvaxtı.az xəbər verir ki, Çin Həyat Elmləri və Biotibb Laboratoriyasının tədqiqatçıları yuxu pozğunluqlarının qan şəkərinin səviyyəsinə mənfi təsir etdiyini və metabolik xəstəliklərin inkişaf riskini artırdığını müəyyən ediblər.

Araşdırma zamanı iştirakçılar dörd qrupa bölünüb: ağır yuxu çatışmazlığı (4-4,5 saat yatanlar), normal yuxu rejimi (8 saat yatanlar), tez yatanlar, müntəzəm olaraq gec yatanlar.

Nəticələrə görə, xroniki yuxu çatışmazlığı olan insanlarda qan şəkəri səviyyəsində dalğalanma daha çoxdur. Onların qlükoza səviyyəsi kifayət qədər yuxu alanlara nisbətən 2,87% daha yüksək diapazonda dəyişir. Müntəzəm olaraq gec yatan iştirakçılar arasında isə bu rəqəm 1,18% artıb.

Tədqiqatçılar bildiriblər ki, qan şəkərinin qeyri-sabitliyi diabet və ürək-damar xəstəlikləri riskini artırır. Bu səbəbdən optimal yuxu müddətinə riayət etmək və erkən yatmaq diabet və metabolik pozğunluqların qarşısını almaqda mühüm rol oynaya bilər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025