“Dərnəgül” elektrik deposu ərazisində ekoloji təsirlərin qiymətləndirilməsi aparılıb və ictimai dinləmələr keçirilib - ərazinin coğrafi, geoloji vəziyyəti öyrənilib, həm tikinti, həm istismar dövrü ərzində yarana biləcək təsirlərin azaldılmadı üçüntədbirlər planı hazırlanıb”
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Metropolitenin Strateji inkişaf departamentinin rəisi Nərgiz Mustafayeva deyib.
Onun sözlərinə görə, ərazidə qorunan və ya tarixi obyektlər, nadir və ya nəsli kəsilməkdə olan ağac növləri yoxdur.
Bildirilib ki, layihə çərçivəsində bəzi ağacların köçürülməsi zərurəti yaranıb.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış qaydalara əsasən, köçürülmə mərhələli şəkildə həyata keçiriləcək. 446 ağac depo daxilində saxlanılmaqla köçürüləcək, qalanlarına aqrotexniki qulluq göstəriləcək”.
N.Mustafayeva qeyd edib ki, sahədə müxtəlif növ ağaclar var və heç biri nadir və ya nəsli kəsilməkdə olan növlərdən deyil.
Ərazidə yaşıllıq işləri aparılacaq və 1000-dək ağac və kol əkiləcək. Depoda çəmənliklər salınacaq, müasir suvarmasistemləri qurulacaq. İnşaat dövründən yaşıllaşdırma işlərinəbaşlanılıb, artıq 22 sərv ağacı əkilib. Burada küknar, şam, zeytun, dekorativ bitkilər və çiçəklər yetişdiriləcək:
““Xocəsən” elektrik deposunda ekoloji tarazlığın bərpası üçüngörülən işlər “Dərnəgül” deposu üçün də nümunə olacaq. Yeni yaşıllıqlar ekoloji mühiti yaxşılaşdıracaq, iş şəraitini və ərazininekoloji tarazlığını gücləndirəcək”.
Mina Mikayılova