• Bakı 13° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.9615

    RUB - 2.1291

UNEC-in nəzdində Sosial-İqtisadi Kollec 60 illik yubleyini qeyd etdi - FOTOLAR

CƏMİYYƏT

21 Noyabr 2025 | 16:59

UNEC-in nəzdində Sosial-İqtisadi Kollec 60 illik yubleyini qeyd etdi - FOTOLAR

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin təsis edilməsindən 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, kollecin müəllim-tələbə kollektivinin iştirakı ilə baş tutan yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Kollecin direktoru, professor Mübariz Hacıbəyov təhsil müəssisəsi barədə ətraflı məlumat verib.

Dünyanın sürətlə inkişaf etdiyini deyən direktor buna görə də daim yeniliklərə hazır olmağın vacibliyini vurğulayıb. M.Hacıbəyov bu təhsil müəssisəsinin respublikamızın sosial və iqtisadi inkişafında əhəmiyyətli rol oynadığını bildirib.

Ömrünün 40 ilini bu təhsil müəssisəsində müxtəlif vəzifələrdə çalışan f.r.e.n.Sabir Süleymanov ölkəmizin sosial-iqtisadi inkişafından söz açaraq son dövrlər aparılan uğurlu təhsil siyasətindən,prezident İlham Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Kollecin müəllimi Təranə Məmmədova da çıxışında bu təhsil müəssisəsi yarandığı gündən indiyədək dövrün tələblərinə, əmək bazarına uyğun kadrların hazırlanması vəzifəsini layiqincə yerinə yetirdiyini qeyd edib.

Tədbirin sonunda direktor Mübariz Hacıbəyov kollecin kollektivini yubiley münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.

Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam etdirilib.


SON XƏBƏRLƏR