Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA" MMC Abşeron rayonu, Saray qəsəbəsində 6 bina tikəcək.
Bakıvaxtı.az xəbər verir ki, MİDA-nın bununla bağlı keçirdiyi tenderin qalibi "GM Construction" MMC olub.
Şirkətlə bağlanan müqavilənin məbləği 31 milyon 255 min 488 manat 1 qəpik təşkil edir.
Müsabiqənin şərtlərinə görə, "GM Construction" MMC Saray qəsəbəsində 4.5 hektar torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli birmərtəbəli qeyri-yaşayış binası tikəcək.
Bakı 



