Gəncədə 60 yaşlı kişi bıçaq xəsarəti alıb.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində baş verib. Şəhər sakini 1965-ci il təvəllüdlü R.Həsənov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir. Məlumata görə, R.Həsənov yaşadığı evdə iş görən zaman ehtiyatsızlıqdan bıçaq ona batıb.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



