“Sıxlığın tənzimlənməsi və intervalların azaldılması məqsədilə qatar hərəkət qrafikləri optimallaşdırılır”
Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədrinin müşaviri Emil Əhmədov bildirib.
Onun sözlərinə görə, səhər saatlarında bir qatar “Memar Əcəmi” və “Neftçilər” stansiyalarından qaytarılaraq, sərnişin axınının daha çox olduğu “20 Yanvar” və“Koroğlu” stansiyalarına yönləndirilir.
Bildirib ki, günorta saatlarında isə depodan ehtiyat qatar sıxlıq çox olan “28 May” stansiyasına sərnişinsiz gətirilir.
“İntervalların azaldılması üçün xüsusi layihə üzərində texniki işlər aparılır ki, bu da sıxlığın tənzimlənməsinə əlavə töhfə verəcək”.
Mina Mikayılova