• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Şuşada növbəti əmək yarmarkası keçirildi

CƏMİYYƏT

07 Aprel 2025 | 10:08

Şuşada növbəti əmək yarmarkası keçirildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Şuşa şəhərində növbəti əmək yarmarkası keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, yarmarkada təhlükəsizlik üzrə qrup rəhbəri, bağban, komendant, elektrik və s. işlər üzrə vakansiyalar təqdim edilib. Sakinlərə vakansiyalar, iş öhdəlikləri haqqında məlumatlar verilib.

Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirə qatılan şəxslərə işğaldan azad olunmuş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramları barədə də məlumatlar verilib.


SON XƏBƏRLƏR