• Bakı 18° C

    4.86 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

Bakının bu küçəsində təmir işləri yekunlaşmaq üzrədir - VİDEO

CƏMİYYƏT

07 May 2025 | 09:22

Bakının bu küçəsində təmir işləri yekunlaşmaq üzrədir - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İnvestisiya Proqramına uyğun olaraq Bakının Sabunçu rayonunun Savalan yaşayış massivinin uzunluğu 2,15 km, hərəkət hissəsinin eni 6 metr olan Sadiq Feyziyev küçəsində apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.  

Bakıvaxtı.az bu barədə agentliyə istinadən xəbər verir. 

Məlumata görə, sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi. Aparılan təmir işləri ilə bu problem aradan qaldırılır.

Təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının tikintisi və küçənin profilə salınması işləri görülüb, optimal qum-çınqıl qarışığından yol əsası işlənilib.

Hazırda küçəyə “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən yeni asfalt-beton örtüyünün döşənməsi və yol çiyinlərinin tikintisi işləri son mərhələdə olmaqla aparılır. 


SON XƏBƏRLƏR

07 May 2025