Hindistanın silahlı qüvvələri "Sindur" əməliyyatına başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, başlayan əməliyyat zamanı Pakistan ərazisində 9 obyektə hücum edilib.
Zərbələrin "Pakistan və Pakistanın işğalı altında olan Cəmmu və Kəşmirdəki terror infrastrukturuna" yönəldiyi deyilir.