• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Taksilərdə POS-terminallar NƏ VAXT OLACAQ?

CƏMİYYƏT

06 May 2025 | 16:15

Taksilərdə POS-terminallar NƏ VAXT OLACAQ?

Son illər nağdsız ödəniş sistemlərinə keçid həyatımızın bir çox sahəsində işlərimizi asanlaşdırır.

Bu məsələ bu gün nəqliyyatda da aktualdır. Xüsusilə taksi xidmətlərində post-terminalların quraşdırılması ödəniş zamanı yaranan problemləri minimuma endirir.

Maraqlıdır, hər gün yüzlərlə insanın daşınmasında iştirak edən taksi şirkətləri üçün bu məsələ nə dərəcədə gündəmdədir?

Məsələ ilə bağlı “Bolt”dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şirkətin əsas məqsədi göstərilən xidmətin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək, həm sərnişinlərin, həm də tərəfdaş sürücülərin təhlükəsizliyini və rahatlığını qorumaqdır.

Şirkətdən qeyd olunub ki, “Bolt” ilə əməkdaşlıq edən sürücülər nağdsız ödənişləri tətbiq vasitəsilə qəbul edə bilir:

“Bu da POS-terminalların istifadəsinə ehtiyac yaratmır, lakin hər zamankı kimi dövlət tərəfindən müəyyən edilmiş tələblərin icrası ilə bağlı bütün mərhələlərdə “Bolt” tərəfdaşlarına dəstək göstərir”

Bildirilib ki, şirkət, əməkdaşlıq etdiyi bütün sürücüləri qaydalara riayət etmələri və təhlükəsizliyin təmin olunması barədə davamlı olaraq məlumatlandırır.

“Uber” şirkətinə isə sorğu göndərsək də, sorğumuz cavablandırılmadı.

Azərbaycan Yerüstü Nəqliyaat Agentliyindən (AYNA) Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

Bu barədə Nazirlər Kabinetinin 183 nömrəli qərarına əsasən taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəricilərinə dair tələblərdə qeyd edilib.

“Bununla bağlı AYNA tərəfindən müvafiq işlər görülür. Eyni zamanda, mərhələli şəkildə nəqliyyat vasitələrinin daxili tərtibatına dair tələblər icra olunmaqdadır”,-deyə qurumdan bildirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”ə əsasən hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin daşımalarında istifadə etdiyi taksi minik avtomobillərində nağdsız ödəniş üçün POS-terminal olmalıdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR