• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Putin Pezeşkianla danışdı DANIŞDI

DÜNYA

06 May 2025 | 19:36 | Müəllif: Subhan Mahmudov

Putin Pezeşkianla danışdı DANIŞDI

İran prezidenti Məsud Pezeşkian və rusiyalı həmkarı Vladimir Putin telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin inkişafını müsbət qiymətləndiriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran liderinin mətbuat xidməti məlumat yayıb.

“İran İslam Respublikası ilə Rusiya Federasiyası arasında mükəmməl, konstruktiv və dostluq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edərək, iki ölkənin prezidentləri əməkdaşlığın gedişatını və birgə layihələrin həyata keçirilməsini müsbət qiymətləndiriblər”, - deyə məlumatda bildirilir.

Mətbuat xidməti əlavə edib ki, prezidentlər söhbət zamanı İran və Rusiya arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanması məsələsini müzakirə ediblər. Dövlət başçıları bu qərarı “Tehran və Moskva arasında münasibətlərin dərinliyinin bariz göstəricisi” və siyasət, iqtisadiyyat, ticarət, təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsində dönüş nöqtəsi adlandırıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026