• Bakı 15° C

    9.29 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Ölümcül göbələk pandemiyası riski barədə XƏBƏRDARLIQ

CƏMİYYƏT

06 May 2025 | 15:45

Ölümcül göbələk pandemiyası riski barədə XƏBƏRDARLIQ

İqlim dəyişikliyi təhlükəli göbələklərin kütləvi şəkildə yayılmasına səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Mançester Universitetinin tədqiqatçıları xəbərdarlıq edib.

Məlumata görə, Aspergillus ölümcül ağciyər infeksiyasına səbəb ola biləcək ümumi bir kifdir ki, oxşar göbələk infeksiyaları artıq hər il dünyada ən azı 2,5 milyon insanı öldürür.

Sporlar tənəffüs yollarına daxil olarsa, göbələk ağciyərlərdə sıx formasiyalar yarada bilər və ciddi tənəffüs problemlərinə səbəb ola bilər. İmmuniteti zəif olan insanlarda infeksiya tez yayılır və beyin, ürək, böyrəklər və dəriyə təsir edə bilər.

Tədqiqatçılar infeksiyaların artımını qlobal istiləşmə ilə əlaqələndirirlər.

Onların proqnozlarına görə, yaxın onilliklərdə Aspergillus Şimali Avropa, Asiya, Amerikaya yayıla və hətta Arktikaya çata bilər. Bu, potensial olaraq daha doqquz milyon insanın sağlamlığını risk altında qoya bilər.

Qeyd olunub ki, Aflatoksinlər, xərçəng və qaraciyərin zədələnməsinə səbəb ola biləcək maddələr istehsal edən Aspergillus flavus növü xüsusi narahatlıq doğurur. Yüksək temperatur və CO₂ səviyyələri onların istehsalını artırır. Sağlamlıq üçün təhlükə ilə yanaşı, göbələk kənd təsərrüfatı üçün də təhlükə yaradır. Eyni göbələk əleyhinə dərmanların tibbdə və kənd təsərrüfatında istifadəsi artıq müalicəyə davamlı ştammların - super-göbələk adlanan ştammların yaranmasına səbəb olub.

Bldirilib ki, göbələk infeksiyaları ilə bağlı tədqiqatların maliyyələşdirilməsi kifayət qədər deyil.

Alimlər vurğulayırlar ki, yeni epidemiyanın qarşısını almaq üçün təcili olaraq yeni diaqnostika, monitorinq və müalicə üsullarının hazırlanması lazımdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR