• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Mahir Emreli Almaniya klubundan ayrılacaq - RƏSMİ

İDMAN

06 May 2025 | 16:47

Mahir Emreli Almaniya klubundan ayrılacaq - RƏSMİ

Almaniyanın “Nürnberq” klubu bu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə yollarını ayıracaq.

Bakıvaxtı.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddəti uzadılmayacaq.

Tərəflər artıq bununla bağlı razılığa gəliblər.

Qeyd edək ki, Mahir Emreli ötən ilin avqust ayında “Nürnberq”lə 1 illik müqavilə imzalamışdı.


SON XƏBƏRLƏR