Almaniya prezidenti Frank-Valter Ştaynmayer yeni federal hökumətin tərkibini rəsmən təsdiqləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Ştaynmayer nazirlərə deyib: “Sizə böyük məsuliyyət düşür: Sizə ölkənin rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.
Mayın 6-da Ştaynmayer rəsmi olaraq Xristian Demokratik İttifaqı və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Mersi Almaniyanın kansleri təyin edib.