Füzuli və Ağdam rayonlarına səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkında yerləşən "BAFCO İnvest" MMC-nin fəaliyyəti ilə tanış olublar.
Bakıvaxtı.az xəbər verir ki, şirkət müxtəlif məqsədlər üçün ayaqqabı və çəkmələrin istehsalı ilə məşğul olur.
Bununla yanaşı, Parka səfər çərçivəsində hökumət başçılarına elektrik avadanlığı istehsal edən
“Eel Electric” MMC-nin işi və istehsal göstəriciləri ilə bağlı məlumat verilib.
Bundan əlavə, Ə.Əsədov və A.Turçin divar kağızları istehsal edən "Mister Decor” şirkətinda olublar və onun işi ilə tanış olublar.