• Bakı 16° C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

SİYASƏT

06 May 2025 | 14:12

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Dövlət sərhədinin etibarlı mühafizəsi və qeyri-qanuni miqrasiyaya qarşı aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində daha 4 nəfər sərhəd pozucusu saxlanılıb.

Bakıvaxtı.az DSX-ya istinadən xəbər verir ki, aprelin 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər — 1996-cı il təvəllüdlü Safi Hedayatullah Eynətullah və 2004-cü il təvəllüdlü Mirzay Mohsin Səfiulla sərhədi qanunsuz keçməyə cəhd edərkən tutulub.

Mayın 2-də isə Əfqanıstan vətəndaşları — 1999-cu il təvəllüdlü Əfqan Mohammadəmin Mominxan və 2005-ci il təvəllüdlü Əhmədi Əhməd Abdullah analoji cəhd zamanı saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən olunub ki, saxlanılan şəxslər Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə qanunsuz miqrasiya etməyi planlaşdırıblar.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR