• Bakı 16° C

    10.55 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Mertz birinci turda kansler ola bilmədi

DÜNYA

06 May 2025 | 13:05

Mertz birinci turda kansler ola bilmədi

Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqının (CDU/CSU) namizədi Fridrix Mertz birinci turda Almaniya Kansleri təyin edilmək üçün kifayət qədər səs toplaya bilməyib.

Bakıvaxtı.az xəbər verir ki, Bundestaqda keçirilən seçkilər ölkə mediasında canlı yayımlanıb.

Belə ki, Mertz sözügedən posta yiyələnmək üçün 316 səs toplamalı idi. Ümumilikdə səsvermədə 621 nəfər iştirak edib. Nəticələrə əsasən, parlamentin 310 üzvü Mertzin namizədliyinin lehinə, 307 nəfər əleyhinə səs verib. Daha 3 nəfər isə bitərəf qalıb. Eyni zamanda, bülletenlərdən biri yararsız olub. 

Onu da bildirək ki, CDU/CSU parlamentdə 328 yerə sahibdir. 

Hazırda Bundestaqın Mertz və ya başqa bir namizədi kansler seçmək üçün 14 gün vaxtı var. 


SON XƏBƏRLƏR