Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, görüş çərçivəsində ikitərəfli münasibətlər və beynəlxalq hadisələr barədə müzakirələr aparılıb.