• Bakı 16° C

    10.55 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Paşinyanın dədəsi türklərdən OĞURLUQ EDİB

SİYASƏT

06 May 2025 | 11:03

Paşinyanın dədəsi türklərdən OĞURLUQ EDİB

“Erməni xalqının əsli nədir, necə, nə vaxt, harada və hansı yollarla buraya gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər yoxdur”, - bunu erməni alimi Manuk Abeqyan yazıb.

Bu, ermənilərin kim olduğunu ifadə edən çoxsaylı etiraflardan sadəcə biridir. Belə etiraflar isə yetərincədir.

Fəlsəfə doktoru Əziz Ələkbərli və etnoloq Elbrus Qaraqoyunlunun qələmə aldığı "Türkmənşəli erməni soyadları" kitabında qeyd edilir ki, bugünkü ermənilər etnik cəhətdən yekcins olmadığı üçün onların damarlarında regionun bütün qədim və müasir xalqlarının, o cümlədən qədim albanların, ərmənlərin, qıpçaqların, qaraçıların, kürdlərin, farsların, talışların, tatların, ərəblərin, yunanların, aysoruların, gürcülərin, azərbaycanlıların, rusların və s. qanı axır.

Tərkibinə regiondakı çoxlu sayda etnik qruplardan qopub-ayrılan qırıntıların da daxil olduğu bugünkü ermənilər, yəni haylar, əsasən, ən çox iki etnik toplumdan ibarətdir: haylardan və haylaşmış ermənilərdən.

Faktlar göstərir ki, bu millətin özü hibrid, yekcins olmadığı kimi, erməni dili də hibriddir (calaq). Təsadüfi deyil erməni akademik M.Aqanbekyan da öz dilləri haqqında eyni fikri təsdiq edir: "Erməni dili hibrid dildir”.

XV əsrdən başlayaraq Cənibi Qafqaza yerləşməyə başlayan haylar (ermənilər) qonşu xalqların, xüsusilə də Azərbaycan türklərinin maddi və qeyri-maddi (mənəvi) irsinə sahiblənməyə (plagiatlıq) başlayıblar. Bu sahiblənmə mərhələlərlə gerçəkləşdirilib.

Tarixən özlərinin milli heç nəyi olmayan, xaçpərəstlər sayəsində xalq və millət kimi formalaşan haylar sonralar da türk izini nə tarixlərindən silə bildilər, nə dillərindən, nə məişətlərindən, nə musiqilərindən, nə mətbəxlərindən, nə də hətta soyadlarından.

Tarixən özlərini “haylar” adlandıran bugünkü ermənilərin yüzilliklər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti təkcə ərazi iddiaları ilə məhdudlaşmayıb. Bu mənfur xalq (haylar) vaxtilə Cənubi Qafqaza yerləşəndən sonra "Böyük Ermənistan" mifik xülyasını reallaşdırmaq üçün tədricən həm torpaqlarımıza, həm də mədəni irsimizə, milli-mənəvi dəyərlərimizə göz dikiblər, onları oğurlayıb özününküləşdirməyə çalışıblar. Bu cür oğurluqları ilə saxta tarix formalaşdırmaq onlarda bir “ənənə”yə çevrilib.

Araşdırmalar göstərir ki, Türk mədəniyyəti vaxtilə bütün hay təfəkkürünə, ad sisteminə təsir edib.

Qafqazın haylaşdırılması prosesi zamanı ermənilər azərbaycanlılara məxsus şəxs adlarını da hədəf seçib və onları zaman-zaman yeni doğulan övladlarına verib, özlərinə soyad düzəldiblər...

Müşahidələr göstərir ki, erməni soyadlarının böyük hissəsi türkmənşəli sözlərdir.

Ə.Ələkbərli və E.Qaraqoyunlunun"Türkmənşəli erməni soyadları" kitabında türk (Azərbaycan) mənşəli 1001 erməni soyadının elmi şərhi verilib.

Kitabda qeyd edilir ki, erməni soyadlarında türk mənşəli sözlərlə yanaşı, ərəb və fars mənşəli sözlər də yer alır. Araşdırmaçı alimlər deyirlər ki, həmin sözlərin də böyük əksəriyyəti ərəblərin və farsların içində yaşamalarına baxmayaraq, ermənilərə birbaşa ərəblərdən və farslardan yox, məhz türk dillərindən, xüsusilə Azərbaycan türklərindən keçib.

Bugünkü ermənilərin türk mənşəli sözlərdən ibarət soyad daşıdıqlarına minlərlə misal göstərmək olar: Ağacanyan, Ayvazyan, Babacanyan, Babayan, Balasanyan, Balayan, Dallakyan, Demirçyan, Karamyan, Giziryan, Gozalyan, Lalayan, Nalbandyan, Nazaryan, Sefilyan və s. Bu soyadlardakı sözlərin kökü türkmənşəlidir.

Uzağa getməyək, elə Ermənistan Respublikasının hazırkı baş naziri Nikol Paşinyanın soyadına nəzər salaq.

Paşinyan erməni soyadı türkmənşəli hərbi rütbə bildirən paşa sözündən yaranmış Paşa şəxs adından düzəldilib. Ermənilərdə heç vaxt paşa olmayıb.

Osmanlı Türkiyəsində paşa hərbi rütbəsini, adını sultanlar fərmanları ilə verirdilər. Bu rütbə indiki general rütbəsinə bərabər sayılırdı. Paşinyan soyadı da Paşayan soyadının bir variantıdır, “a” saitinin düşməsi və “in” affıksi artırmaqla Paşa şəxs adından düzəldilib.  Kimya elmləri doktoru Ararat Aleksandroviç Paşayan, professor Qurgen Hamayakoviç və başqaları bu soyadı daşıyırlar. Erməni baş nazir Nikol Paşinyan kimi... Başqa sözlə, Nikol Paşinyanın dədə-babası türkmənşəli sözü oğurlamaqla özünə soyad düzəldib.

Digər misal: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın soyadına baxaq.

Türklər erkən orta çağlardan günümüzə qədər oxuyub-yazmığı bacaran adama mirzə deyirdilər. Mirzə şəxs adı öncə peşə adı bildirib, sonralar isə ayama (ləqəb) formasında işlədilib və tədricən şəxs adına çevrilib, bu şəxs adından isə ə-o əvəzlənməsi ilə Mirzoyan erməni soyadı yaradılıb. Mirzə sözü əslən ərəbmənşəli olub “əmir nəslindən olan” mənasını bildirən “əmirzadə” sözündən eliziya hadisəsi ilə düzəldilib. Mirzə “hörmətli”, “savadlı”, “oxumuş” və “katib” mənalarında işlədilib. Deməli, Mirzə sözü Əmirzadə sözünün qısaldılmış formasıdır.

Dilimizdə mirzə sözünün müxtəlif mənaları var: şəxs adlarından sonra gəldikdə şahzadəlik, əvvəl gəldikdə isə rütbə bildirir: İsgəndər Mirzə, Şahrux Mirzə, Abbas Mirzə; Mirzə Cəlil, Mirzə Şəfi, Mirzə Kazım bəy və s.;

Bu söz keçmişdə savadlı, elmli, hörmətli şəxslərim adlarının əvvəlinə də əlavə edilib: Mirzə Fətəli, Mirzə Ələkbər və s.

Keçmişdə yazı-pozu işləri ilə məşğul olan adam, katib, dəftərxana işçisinə də mirzə deyilib.
Araşdırmalara görə, mirzə ermənicə qraqir deməkdir, amma ermənilər arasında Qraqiryan soyadı yoxdur. Ermənilər bu sözü də Azərbaycan türklərindən oğurlayıblar.

Sovet partiya və dövlət xadimi, 1920-ci illərdə AK(b)P Bakı komitəsinin, AK(b)P MK-nın katibi olmuş qatı erməni millətçisi, daşnak Levon Mirzoyan, Bakı doğumlu futbolçu, bir vaxtlar “Neftçi” klubunun oyunçusu Aleksandr Mirzoyan, akademik Lüdvik Mirzoyan bu soyadı daşıyıblar. Bu oğurluq ənənəsini indi də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan davam etdirir...

A.Zeynalov

Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.


SON XƏBƏRLƏR