• Bakı 16° C

    10.55 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Gürcüstan 96 əcnəbini deportasiya etdi - aralarında azərbaycanlılar da var

DÜNYA

06 May 2025 | 12:05

Gürcüstan 96 əcnəbini deportasiya etdi - aralarında azərbaycanlılar da var

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi tərəfindən 2025-ci ilin aprel ayında 96 əcnəbi vətəndaş ölkədən deportasiya olunub.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilir.

Məlumata görə, Miqrasiya İdarəsinin nazirliyin digər struktur bölmələri ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qanunsuz yaşayan əcnəbilərdən bir qismi Gürcüstanı könüllü şəkildə tərk edib, digərləri isə məcburi qaydada çıxarılıb.

Deportasiya olunan şəxslərin bir müddət ölkəyə daxil olması da qanunla qadağan edilib.

Gürcüstandan çıxarılan əcnəbilər Çin, Banqladeş, Hindistan, İordaniya, Rusiya, Türkiyə, İran, İsrail, Tacikistan, Nigeriya, Nepal, Pakistan, Türkmənistan, Misir, Koreya, Filippin, Şri-Lanka, Livan, Səudiyyə Ərəbistanı, Slovakiya, Qazaxıstan və Azərbaycan vətəndaşlarıdır.

Qeyd edək ki, Gürcüstan DİN-in Miqrasiya İdarəsi ölkə ərazisində qanunsuz yaşayan əcnəbilərin müəyyən olunması və onların ölkədən çıxarılması ilə bağlı səlahiyyətə malikdir.


SON XƏBƏRLƏR