Nigeriyada qum mədəninin çökməsi nəticəsində 11 uşaq həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, Nigeriya polisi hadisənin ölkənin şimalında yerləşən Kaduna vilayətində baş verdiyini bildirib.
Qeyd olunur ki, 4-9 yaş arasında olan bu uşaqlar qeyri-rəsmi dini mədrəsədə dərsdən sonra vaxtaşırı Kubau bölgəsində yerləşən Yardoka kəndi yaxınlığında palçıqdan kərpic hazırlamaq üçün qum çıxarırdılar.
Kaduna vilayəti polisinin sözçüsü Mənsur Həsən bildirib ki, 11 uşaq həyatını itirib, daha 7 uşaq isə yaralanıb və hazırda xəstəxanada müalicə alırlar.
O əlavə edib ki, polis kənddən olan könüllülərlə birlikdə qəzaya uğrayan mədəndən uşaqların cəsədlərini çıxarıb.
Bildirilib ki, uşaqların təhsildən yayınaraq mədəndə işlədilməsi və istismarı barədə araşdırma başlanıb.