• Bakı 25° C

    12.49 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Kallas: Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın...

DÜNYA

05 Iyul 2025 | 00:32

Kallas: Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın...

Dünya hər dəfə sülh əlini uzadarkən Putin (red: Rusiya Prezidenti Vladimir Putin) raketlərlə cavab verir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “X”də yazıb.

O qeyd edib ki, Rusiyanın Kiyevə hücumlarının artması Moskvanın sülh istəmədiyini göstərir.

"Ukrayna xalqını qorumaq üçün hava hücumundan müdafiə sistemlərinə ehtiyac var", - paylaşımda bildirilir.

Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxlu sayda raketlə hücum edib, əsas hədəf Kiyev olub.


SON XƏBƏRLƏR

04 Iyul 2025