• Bakı 28° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Kadırov Bodrumda intihara cəhd edib? - İddialar

DÜNYA

03 Avqust 2025 | 20:43

Kadırov Bodrumda intihara cəhd edib? - İddialar

Muğlanın Bodrum şəhərində tətildə olarkən boğulmaq təhlükəsi ilə xəstəxanaya yerləşdirilən Çeçenistan lideri Ramzan Kadirovun intihara cəhd edə biləcəyi iddia edilib. 

Bakıvaxtı.az xəbər verir ki, rusiyalı ekspert Mark Qaleotti, "Onun mühafizəçini tərk edib suya dalmağa getməsi çox qəribədir" deyə açıqlama verib.

"Moskva Tayms" qəzeti yazıb: "Bodrumda baş verən son müəmmalı hadisə hazırda Ukraynada müharibənin tüğyanında olan Rusiya prezidenti Vladimir Putinin ölkənin cənub sərhədindəki sabitlikdən narahat olmasına səbəb ola bilər. Hoteldə istirahət edən Çeçenistan lideri Ramzan Kadırov boğulmaq üzrə olarkən mühafizəçiləri tərəfindən deyil, yerli təhlükəsizlik işçiləri tərəfindən xilas edilib, özəl klinikaya aparılıb”.

“Sözcü” qəzetinin əməkdaşı Yaşar Anterin sözlərinə görə, o vaxtdan bəri analitiklər və müşahidəçilər bu qəribə hadisəni, xüsusən də səhhətinin ciddi şəkildə pisləşməsi ilə bağlı şayiələr fonunda izah etməyə çalışırlar. Bəziləri təsdiqlənmiş sübutların olmamasına baxmayaraq, intihara cəhd ehtimalını istisna etmir.

Rusiyalı ekspert Mark Qaleotti deyib: "Kadırovla bağlı hər şey ekssentrikdir. Onun bu qədər silahı olduğu halda özünü boğaraq intihara cəhd etməsi fikri qəribədir. Onun mühafizəsini atıb sadəcə suya dalmağa getməsi versiyası da eyni dərəcədə qəribədir. Düzünü desəm, nəyə inanacağımı bilmirəm."


SON XƏBƏRLƏR

03 Avqust 2025
02 Avqust 2025