• Bakı 15° C

    9.29 m/s

  • USD - 1.7

    EUR - 1.9252

    RUB - 2.1118

Ürək üçün zərərli qidalar

CƏMİYYƏT

06 May 2025 | 15:26

Ürək üçün zərərli qidalar

Ürək sağlamlığı üçün ən zərərli qidalar açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə kardioloq Maqdalena Perello məlumat verib.

Məlumata görə, o, bu siyahıya ağ çörəyin daxil olduğunu bildirib.

Həkimin sözlərinə görə, ağ çörək qanda qlükoza səviyyəsinin qalxmasına gətirib çıxarır ki, bu da zaman keçdikcə metabolik sindrom, 2-ci tip diabet və ürək xəstəliklərinin inkişafına səbəb ola bilər.

Bundan əlavə, duzun insan sağlamlığı üçün zərərli hesab olunduğunu, onun artıqlığıın bədəndə mayenin tutulmasına səbəb olduğunu qeyd edib. 

Həkim həmçinin çoxlu duz, yağlar və konservantlardan ibarət emal edilmiş ətin pəhrizdən çıxarılmasını tövsiyə edib. Söhbət xüsusilə kolbasa və sosislərdən gedir.

Öz növbəsində şirin içkilərin tərkibində çoxlu şəkər var ki, bu da çəki artımına səbəb olur və bu da ürək problemlərinin səbəblərindən biridir. Kardioloq peçenye, bulka və çips yeməyi məsləhət görmür. Trans yağların tərkibinə görə, onlar xolesterol səviyyəsini artırır və qan damarlarında iltihaba səbəb olur.

Mina Mikayılova


SON XƏBƏRLƏR